Planetar geologiya və ya astrogeologiya, ekzogeologiya —planetologiyanın planetlər və onların peykləri, asteroidlər, kometlər və meteorlar kimi göy cisimlərinin geologiyasını öyrənən bölməsidir.[1][2] Geo- sözönü ümumiyyətlə Yeri və ya əlaqəli mövzularını göstərsə də, planetar geologiya tarixi və rahatlıq səbəbi ilə belə adlandırılmışdır. Planetar geologiya Yerə əsaslanan geologiya ilə sıx bağlıdır.
Planetar geologiyaya bərk planetlərin daxili quruluşunu müəyyənləşdirmək, həmçinin planetar vulkanizm və zərbə kraterləri, flüvial və eol prosesləri kimi yerüstü proseslər daxildir. Günəş sisteminin asteroidlər, Koyper qurşağı və kometlər kimi kiçik cisimləri ilə birlikdə nəhəng planetlərin quruluşları və onların peykləri də araşdırılır.